Koronavirusun ilk yayıldığı Çində yoluxma yenidən artır.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ötən sutka Çində 1114 yeni yoluxma qeydə alınıb.
Məlumatda yoluxma sayının bir gün əvvəllə müqayisədə iki dəfə artdığı bildirilib. Ümumi yoluxanların 277 nəfəri xaricdən gələnlərdir. 528 nəfərdə qızdırma və öskürək qeydə alınıb. 526 nəfərin test nəticələri müsbət olsa da, xəstəliyi simptomsuz keçirirlər.
Ölkədə ağır vəziyyətdə olan 7 koronavirus xəstəsi var. Yanvarın 25-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.