Modern.az

"Hitachi" də Rusiyadakı fəaliyyətini dayandırır

Aktual

10 Mart 2022, 10:12

"Hitachi" Rusiyadakı fəaliyyətini dayandırır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət bəyanata yayıb.

 

Korporasiyadan bildirilib ki, elektrik sistemləri, elektrik avadanlıqlarının məhsulları və texniki dəstək istisna olacaq.

 

Şirkət həm də tikinti texnikası istehsalı və satışı ilə məşğul olub, lakin Rusiya bazarında satışlar korporasiyanın ümumi gəlirlərinin təxminən 0,5%-ni təşkil edib.

 

Şirkətin törəmə şirkəti olan "Hitachi" Construction Machinery artıq Rusiyaya hidravlik ekskavatorlar kimi ağır texnika ixracını dayandırdığını elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...