Modern.az

Ruslar Xarkovu bombardman etdilər: 2 qadın və 2 uşaq həlak oldu

Ruslar Xarkovu bombardman etdilər: 2 qadın və 2 uşaq həlak oldu

Aktual

10 Mart 2022, 09:56

Rusiya ordusu ötən gecə saatlarında Ukraynanın Xarkov şəhərivə ətraf bölgəni atəşə tutmağa davam ediblər. Nəticədə uşaqlar da daxil olmaqla azı 4 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Gecə saatlarında İzyumski rayonunun kiçik Slobozhanskoye kəndinin növbəti dəfə atəşə tutulması nəticəsində düşmən mərmisi şəxsi yaşayış binasına düşüb.

“Binanın dağıntıları altında qalan 4 nəfər ölüb: 2 qadın və 2 uşaq. Ağır travma alan 5 yaşlı qız sağ qala bilib. O, Pervomayski xəstəxanasına yerləşdirilib. Xilasedicilər ölənlərin cəsədlərinin axtarışını bu gün də davam etdirəcəklər”,-mlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı