Modern.az

Rusiya sosial partlayışın astanasında - "Putin etirazları boğmağa çalışır"

Rusiya sosial partlayışın astanasında -

Aktual

10 Mart 2022, 11:10

Rusiya-Ukrayna müharibəsində artıq 15-ci gündür. Hər iki tərəfdən xeyli itkilər var. İqtisadi baxımdan isə Rusiya ölümcül sanksiyalarla üzləşir. Dünyanın ən nüfuzlu şirkətləri Rusiyada fəaliyyətini dayandırır. Bir sözlə, Rusiya sosial-iqtisadi partlayışın bir addımlığındadır.

 

Bu barədə Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, böyük müharibədə məğlub olan dövlətlərin içərisində daxili sarsıntılar baş verir.

 

Onun sözlərinə görə, məsələ əhalinin buna necə tab gətirəcəyindən asılıdır:

 

"Ola bilsin sadəcə kor-koranə vəziyyət yaransın. Rusiyada hazırda hakimiyyətə iddialı güclü partiya yoxdur. Liberal partiyası, kommunist partiyası və başqa partiyalar haçalanmış partiyalardır. Hökumət bütün partiyaları saxtalaşdırıb, satın alıb. Belə bir vəziyyətdə müsbət dəyişikliyə ümid çox zəifdir”.

 

 

Politoloq qeyd edib ki, Putin əhalinin etirazlarını özünə uyğun şəkildə boğmağa çalışır:

 

“Putin indiyədək qadağalar, sərt həbs tədbirləri, vətəndaşların konstitusion hüquqlarını tapdalamaq, onlara işgəncələr tətbiq etməklə yaranmış sosial vəziyyətin qarşısını almağa çalışır. İndi hər şey əhalinin dözüm dərəcəsindən asılıdır. Belə bir məsələ var ki, zülmün astarı səbrdir. Əgər səbr varsa, zülm olacaq. Hakimiyyət əhali dözdüyü qədər zülm edir”.

 

“Putin açıq-aşkar faşistdir. O amansızdır, xalqını sevmir, rus xalqına nifrət edir. Putin xalqdan qorxan oğrudur. Ola bilsin ki, hətta Qarbaçov kimi cəsusdur. Ölkəni içəridən dağıtmaq istəyir. Hər halda Rusiyanın idarə edilməsində heç bir səmərə yoxdur”, - deyə Z.Əlizadə qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?