Modern.az

5 mindən çox azərbaycanlı təxliyə olunub

5 mindən çox azərbaycanlı təxliyə olunub

Aktual

10 Mart 2022, 11:14

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq bu ölkədən indiyədək 5000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, indiyə kimi Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.

 

Həmçinin qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı