Modern.az

Medvedevin verdiyi medalı geri göndərdi - FOTO

Medvedevin verdiyi medalı geri göndərdi - FOTO

Aktual

10 Mart 2022, 11:50

Amerikalı məşhur astronavt Skott Kelli Rusiyanın “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını bu ölkəyə geri qaytarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Skott Kelli tviter hesabında yazıb.

 

Məlumata görə, həmin medalı Kelliyə 2011-ci ildə Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedev verib.

 

“Cənab Medvedev, mənə təqdim etdiyiniz “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını sizə qaytarıram. Xahiş edirəm, onu bu ədalətsiz müharibədə oğlu həlak olan rusiyalı anaya verin. Medalı poçt vasitəsilə Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərəcəyəm”, - deyə astronavt paylaşımında qeyd edib.

 

 


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı