Modern.az

COVID-in gözə yoluxmasının qarşısını almaq mümkünsüzdü

COVID-in gözə yoluxmasının qarşısını almaq mümkünsüzdü

Aktual

10 Mart 2022, 12:23

Göz ən həssas orqanlardan biridir, çünki maska taxarkən belə virusa məruz qalır.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib.

 

T.Qəlbinur deyib ki, ona görə də COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur:

 

“Burada ən mühüm qorunma yolu - maska taxaraq, virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir. Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etmək də tövsiyə edilir”.

 

“Aparılan araşdırmalar göstərir ki, COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər. Bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır. Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər”, - deyə həkim bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı