Modern.az

Xəzər dənizi 128 mənbədən çirklənir - Nazir müavini

Xəzər dənizi 128 mənbədən çirklənir - Nazir müavini

Aktual

10 Mart 2022, 12:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "yaşıl" texnologiyalara keçid sahəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə sıx əməkdaşlıq edir.

 

Modern.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizinin sahilində monitorinqlə bağl birgə işlər aparılır.

 

"Bugünkü gün Xəzər dənizinin çirklənməsinin 128 mənbəyi mövcuddur. Biz bir sıra dövlət və özəl strukturlarla ölkənin su ehtiyatlarınln təmizlənməsi üzrə işlər aparırıq. Apardığımız montorinqlər müsbət nəticələrin olduğunu göstərir", - deyə nazir müavini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı