Modern.az

Antalya görüşündə bu mövzular müzakirə olunur

Antalya görüşündə bu mövzular müzakirə olunur

Aktual

10 Mart 2022, 12:54

“Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarda əsas mövzular atəşkəs, Rusiya qoşunlarının ölkədən çıxarılması, həmçinin Ukrayna şəhərlərində humanitar vəziyyətin yaxşılaşdırılması olacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba üçtərəfli görüşdən əvvəl bildirib.

 

"Dərhal atəşkəs, Ukraynanın Mariupol, Xarkov, Sumı, Volnovaxa və digər şəhərlərində humanitar vəziyyətin yaxşılaşdırılması, qoşunların çıxarılması Rusiya ilə danışıqların əsasıdır”, - Ukraynanın XİN başçısı deyib.

 

Ukrayna diplomatiyasının rəhbəri siyasi və humanitar dəstəyinə, eyni zamanda Rusiyanın xarici işlər naziri ilə görüşün təşkili təşəbbüsünə görə Türkiyəyə təşəkkürünü bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı