Koronavirus pandemiyasının başa çatmasına hələ çox var.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhonom Gebreyesus deyib.
“COVID-19 pandemiyasının başa çatmasına hələ çox var, ona hər yerdə son qoyulmayınca, o heç yerdə başa çatmayacaq”, - deyən baş direktor virusun təkamül prosesinin davam etdiyini diqqətə çatdırıb.
ÜST rəhbəri xatırladıb ki, pandemiya başlanandan bəri koronavirus xəstəliyi səbəbindən ölənlərin sayı 6 milyonu keçib: “Asiya və Sakit okean regionunda bir çox ölkələr COVID 19-a yoluxma faktlarının və bu səbəbdən ölüm hallarının sayının sürətlə artması ilə üzləşir”.
Baş direktor xüsusilə vurğulayıb ki, vaksinlərin dünyada paylanmasında, habelə testlərin və müalicənin əlçatanlığı məsələsində “iri maneələr” hələ də qalmaqdadır: “Bu, COVID-19 virusunun yayılmasını və təkamülünü izləmək imkanlarımızı məhdudlaşdırır. Pandemiyaya qarşı mübarizədə testləşdirmə həyati əhəmiyyətli vasitə kimi qalır”.