Rusiyalı iş adamı, o cümlədən “Çelsi” Futbol Klubunun sahibi Roman Abramoviç Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib və onun aktivləri dondurulub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti tərəfindən məlumat verilib.
Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, ölkəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya amansız hücumunu dəstəkləyənlər üçün təhlükəsiz sığınacaq ola bilməz.
İnternetdə yayımlanan hökumət sənədində Abramoviç onilliklər ərzində Putinlə yaxın münasibətdə olan kremlpərəst oliqarx kimi təsvir edilir.
Qeyd edək ki, Abramoviç daha əvvəl Putin və ya Kremllə yaxın əlaqələrinin olduğunu təkzib edib.