Modern.az

Ukraynaya ölümcül silahlar verilir - Rusiya XİN

Ukraynaya ölümcül silahlar verilir - Rusiya XİN

Aktual

10 Mart 2022, 14:26

"Bizim Qərbdən olan tərəfdaşlarımız təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər".


Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən mətbuat konfransında bildirib.

 

“Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil", - deyən XİN başçısının sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib. Lavrovun fikrincə, Moskva sadəcə olaraq Ukraynadan gələn təhlükəyə cavab verib:

 

“Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı