“Sülhə ən çox ehtiyac olduğu bir vaxtda həmkarlarım Sergey Lavrov və Dmitri Kuleba ilə üçtərəfli formatda görüşdük. Arzumuz regionda sülhün əldə olunmasıdır”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Rusiya və Ukrayna XİN başçıları ilə birlikdə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən deyib.
“Rusiya ilə Ukrayna arasında diplomatik təmasların davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - nazir mediaya açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.