Modern.az

Çavuşoğlu: “İlk görüşdən möcüzə gözləməli deyilik”

Çavuşoğlu: “İlk görüşdən möcüzə gözləməli deyilik”

Aktual

10 Mart 2022, 15:28

Həm Rusiya, həm də Ukrayna görüşdə Türkiyə tərəfinin iştirakını istəyib. Türkiyə tərəfinin qərarı budur ki, müharibənin qalibi yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Ukraynada atəşkəsə ehtiyac var, humanitar dəhliz açıq olmalıdır. Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. İlk görüşdən möcüzə gözləməli deyilik, bu, başlanğıcdır. Hər iki tərəfin prezidentləri görüşə hazır olduğunu bəyan edib”, - Çavuşoğlu Antalya görüşü ilə bağlı bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub. Danışıqlar təxminən 1 saatdan çox davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı