Modern.az

Polşadan Rusiyaya qarşı yeni sanksiya TƏLƏBİ

Polşadan Rusiyaya qarşı yeni sanksiya TƏLƏBİ

Aktual

10 Mart 2022, 16:40

Polşa Prezidenti Anjey Duda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə başçısı ABŞ-ın vitse-prezidenti Kamala Harrislə birgə mətbuat konfransında deyib.

 

“Biz Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik. Azad dünyanın nümayəndələri olaraq sərt mövqe nümayiş etdirməliyik. Polşa burada bütün müttəfiqlər kimi ABŞ-ın yanındadır. Biz Ukraynanı xilas etməliyik. Ukraynanın köməyə ehtiyacı var. Biz burada birliyi qoruyub saxlamalı, bir yerdə olmalıyıq, həmrəyliyi qoruyub saxlamalıyıq, yekdil danışmalıyıq", - Polşa lideri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı