Modern.az

Azərbaycana ən çox bu ölkələrdən turist gəlir

Azərbaycana ən çox bu ölkələrdən turist gəlir

Aktual

10 Mart 2022, 16:54

2022-ci ilin fevralında Azərbaycana 76 376 əcnəbi səfər edib.

 

Dövlət Turizm Agentliyindən (DTA) Modern.az-a verilən məlumata görə, səfərlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz çoxdur. Belə ki, 2021-ci ilin fevralında ölkəyə 36 002 nəfər gəlmişdi.

 

Cari ilin yanvar-fevral aylarında isə ümumilikdə 150 433 əcnəbi ölkəyə gəlib. Bu rəqəm də ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 faiz çoxdur. Fevralda Azərbaycan ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından səfər edib.

 

Belə ki, Rusiyadan 23 591, Türkiyədən 18 753, İrandan 10 183, Gürcüstandan 4644, Səudiyyə Ərəbistanından isə 1996 nəfər gəlib. Suriya, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Fransadan ölkəyə gələnlərin sayında 2019-cu illə müqayisədə artım olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı