Modern.az

Anası və bacısını öldürən şəxs Rusiyada TUTULDU

Anası və bacısını öldürən şəxs Rusiyada TUTULDU

Aktual

10 Mart 2022, 17:07

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən vətəndaş Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.


Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bu səbəbdən M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirli bilinib. O, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.


Murad Niftizadə Rusiya Fedrasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub. 2022-ci il martın 10-da isə Rusiyadan Azərbaycana gətirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı