Modern.az

Daha 3 qadın güləşçimiz mübarizəyə başladı

Daha 3 qadın güləşçimiz mübarizəyə başladı

Aktual

10 Mart 2022, 17:18

Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.

 

62 kq-dakı Jalə Əliyeva eyni raundda onun həmyerlisi Amelin Duarreni məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.

 

65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.

 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı