Modern.az

Avropaya qaz təchizatının artırılması müzakirə olundu

Avropaya qaz təchizatının artırılması müzakirə olundu

Aktual

10 Mart 2022, 20:05

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün Ankarada keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub.

 

Modern.az xəbər verir ki, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərə gedib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı