Modern.az

Daha bir qadın güləşçimiz finalda

Daha bir qadın güləşçimiz finalda

Aktual

10 Mart 2022, 20:47

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançının rəqibi polşalı Paulina Malqorzata Daniş olub.

 

Rəqibinə 6:1 hesabı ilə qalib gələn Əliyeva finala yüksəlib. O, həlledici qarşılaşmada serbiyalı Anna Fabian ilə üz-üzə gələcək.

 

53 kq-da çıxış edən Gültəkin Şirinova isə yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Görüş 6:6 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipina əsasən finala adlayıb. Şirinova isə bürünc medal uğrunda rumıniyalı Beatris Lonela Ferenti sınağa çəkəcək.

 

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Elnurə Məmmədova (55 kq) finala, Şəhanə Nəzərova (50 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal görüşlərinə vəsiqə qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı