Modern.az

Qırğızıstan-Tacikistan sərhədində növbəti ATIŞMA

Qırğızıstan-Tacikistan sərhədində növbəti ATIŞMA

Aktual

11 Mart 2022, 07:54

Martın 11-də yerli vaxtla saat 02:50-də Qırğızıstan-Tacikistan dövlət sərhədinin ərazisində Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.

 

Məlumata əsasən, Batken-İsfana avtomobil yolunun Batken rayonunun Eki-Taş ərazisindəki hissəsində Tacikistan sərhəd naryadı magistral yoldan keçən avtomobillərə daş atmağa başlayıb. Tacikistanın sərhədçiləri Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd dəstəsinin avtomobillərə daş atmağı dayandırmaq tələbinə məhəl qoymayıb. Nəticədə Qırğızıstan sərhədçiləri Tacikistan hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb. Bu zaman Tacikistanın ərazidə xidmət edən digər sərhəd dəstəsi qırğız sərhədçilərinin olduğu müşahidə məntəqəsini atəşə tutub.

 

Qırğızıstan və Tacikistan sərhəd dəstələri arasında atışma təxminən 20 dəqiqə davam edib

 

Məlumata görə, Qırğızıstan tərəfdən ölən və yaralanan yoxdur.

 

Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında telefon danışığı, daha sonra hadisə yerində görüş keçirilib. Hazırda sərhəddə stabil vəziyyət hökm sürür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı