Ötən gecə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib
Modern.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib Mərhələnin diqqət çəkən matçlarından biri Fransada olub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Ağdam təmsilçisi ilə eyni qrupda yer almış "Bazel"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart
PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0
"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1
"Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1
"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5
"Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1
"Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0
PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4
"Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.