Modern.az

Müharibənin 16-cı günü: Ukraynada son vəziyyət belədir

Müharibənin 16-cı günü: Ukraynada son vəziyyət belədir

Aktual

11 Mart 2022, 09:30

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir. Rəsmi məlumata görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir:

 

“Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

 

Bundan əlavə, qeyd olunub ki, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur. Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

 

Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...