Modern.az

Türkiyənin bu şirkəti Rusiyaya uçuşlarını dayandırdı

Türkiyənin bu şirkəti Rusiyaya uçuşlarını dayandırdı

Aktual

11 Mart 2022, 09:56

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Rusiyaya gediş və geri dönüş reyslərini müvəqqəti olaraq dayandırıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Rusiyaya qarşı sanksiyalar kontekstində “əməliyyat riskləri” səbəbindən martın 13-dən 27-dək reyslər ləğv ediləcək.

 

 “Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, - deyə şirkətdən bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı