Vətən müharibəsində Böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 5 noyabr 2021-ci il qəbul edilmiş Zəfər günü münasibətilə amnistiya aktı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olub.
Modern.az-ın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.
Nazirlik rəsmisi qeyd edib ki, amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də icrası artıq başa çatıb.
Bildirilib ki, Amnistiya aktı ümumilikdə 15450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib, 6490 nəfərin cəza müddəti azaldılıb.