Son 2 ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanında yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
M.Ələkbərovun sözlərinə görə, komissiyanın səyi nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb:
"2000-dən artıq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib".