Abşeron rayon məhkəməsinin hakimi tərəfindən cərimələnən vəkil Qanqa İbrahimovun cəriməsi ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özü sosial şəbəkə hesabında məlumat verib.
Vəkil bildirib ki, cərimə məhkəmə qaydasında silinib:
"Bu gün Abşeron rayon məhkəməsində keçirilən iclasda cərimənin götürülməsi barədə ərizəm təmin edildi. Ədaləti bərqərar etdiyinə görə hakim Cəmilə xanım Səfiyevaya təşəkkür edirəm".
Qeyd edək ki, bir müddət əvvəl Qanqa İbrahimov hakim Elman Məmmədova məhkəmə iclasını vaxtında başlamadığı üçün etiraz etmişdi. Proses başlayandan sonra isə hakim vəkilin əsassız vəsatət verdiyini bildirərək onu 500 manat cərimələmişdi.