Modern.az

Çerniqovda 5 yaşayış məntəqəsi ruslardan azad edildi

Çerniqovda 5 yaşayış məntəqəsi ruslardan azad edildi

Aktual

11 Mart 2022, 13:54

Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, Rusiya bölmələri tam döyüş əməliyyatları aparmaq iqtidarında deyil, zabitlər arasında panika var.

 

“Nəticədə bizim Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları və iki zirehli transportyorumuz var ki, bu da indi Ukrayna xalqının rifahına xidmət edəcək”, - deyə  məlumatda qeyd olunub.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı