Modern.az

Azərbaycan-Türkiyə müttəfiqliyi nəticəyönümlü münasibətlərdir

Azərbaycan-Türkiyə müttəfiqliyi nəticəyönümlü münasibətlərdir

Current

11 Mart 2022, 13:50

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki qardaş ölkə arasındakı  yüksək strateji müttəfqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməklə yanaşı, regionda həyata keçirilən layihələrin tez bir zamanda icra edilməsinə, bölgədə və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

 

Deputat iki qardaş ölkənin lideri arasında keçirilən görüşün 4 saat davam etməsini və müzakirə olunan məsələlərin siyahısının geniş olmasını Azərbaycan-Türkiyə əməkdaşlığının kifayət qədər çoxşaxəli və əhatəli olması ilə əlaəqləndirib: “Görüşdə Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində ratifikasiya olunmasına diqqət çəkilməsi, həmçinin Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqlərinin normallaşması perspektivinin, Zəngəzur dəhlizinin açılması və Qars-Naxçıvan dəmir yolu xətinin çəkilməsinin bölgə dövlətləri üçün yeni imkanlar açacağının xüsusi olaraq vurğulanması hər iki dövlətin ortaq hədəflərinə doğru inamla addımladıqlarını nümayiş etdirir. Şüşa Bəyannaməsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi fonunda 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyinin qeyd edilməsi, qənaətimə görə, bölgədə davamlı sülhün təmin olunmasına süni maneələr yaratmaq istəyən dairələrə ünvanlanmış mesaj kimi qəbil olunmalıdır. Azərbaycanla Türkiyənin strateji müttəfiqlik münasibətləri tarixin sınaqlarından keçərək bərkimiş, xalqların dünyada bənzəri olmayan davamlı dəstəyini qazanmış, özünü hər addımda doğruldan və bütün dost ölkələrə rifah gətirən münasibətlərdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra iki ölkənin həyata keçirdiyi layihələrin nə qədər geniş bir ərazini əhatə etdiyi, çoxsaylı dövlətlərin, müasir dünyada ictimai-siyasi və iqtisadi münasibətlər sisteminin ən vacib elementlərindən biri olan enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, qarşılıqlı fayda gətirdiyi göz qabağındadır. Azərbaycan-Türkiyə müttəfiqliyi nəticəyönümlü münasibətlərdir, özünü sözdə deyil, əməldə büruzə verir. Bu baxımdan, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz təchizatının artırılmasının müzakirə edilməsi, həmçinin həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyaların nəzərdə tutulduğunun vurğulanması enerji sahəsindəki səmərəli əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkan və perspektivlərin olduğunu sübuta yetirir”.

 

Azər Kərimli iki ölkə arasındakı hərbi, hərbi texniki əməkdaşlığın da uğurla inkişaf etdirildiyinə diqqət çəkib və qeyd edib ki, Azərbaycanda yüksək döyüş qabiliyyətinə malik komando birliklərinin yaradılması bu əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir: “Məlum olduğu kimi, Azərbaycan Prezidenti qardaş dövlətin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Şübhə etmirəm ki, Türkiyə Prezidentinin Azərbaycana gözlənilən səfəri də iki ölkə arasındakı müttəqfili münasibətlərindən doğan yeni və tarixi əhəmiyyət daşıyan addımların atılması ilə yadda qalacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı