Modern.az

TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

Aktual

11 Mart 2022, 14:40

“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunmalıdır".

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev "TƏBİB məsləhəti"ndə deyib.

 

E.Quliyev bildirib ki, bəzən antibiotiklər bakteriyaları məhv edə bilmir:

 

"Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı