Modern.az

"Azəriqaz" ən fəal dövlət qurumu seçildi

Aktual

11 Mart 2022, 17:41

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib.

 

"Azəriqaz" İstehsalat Birliyindən (İB) Modrn.az-a verilən məlumata görə, dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib.

 

Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün "Azəriqaz" İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı