Bakının Fəvvarələr Meydanında (Tarqovı) avtomobil sürən şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Nəqliyyatın hərəkəti qadağan olunan küçəyə qanunsuz daxil olan avtomobil Səbail DYP əməkdaşları tərəfindən saxlanılaraq təhvil verilib. Sürücünün narkotik vasitənin təsiri altında olması məlum olub", - DİN rəsmisi deyib.
Onun sözlərinə görə, hazırda araşdırma aparılır.
