Modern.az

Azərbaycan Ermənistana 5 maddəlik təklif GÖNDƏRİB

Azərbaycan Ermənistana 5 maddəlik təklif GÖNDƏRİB

Aktual

12 Mart 2022, 00:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərildiyini bildirib.

 

Modern.az xəbər verir ki, XİN başçısı bu barədə Türkiyənin "Anadolu" informasiya agentliyinə müsahibəsində deyib. 

 

“Ermənistan münasibətlərin normallaşmasını səmimiyyətlə istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir", - deyən nazir İrəvandan cavab gözlədiyini vurğulayıb.

 

Ceyhun Bayramov, həmçinin qeyd edib ki, sənəddə əsas prinsiplər müəyyənləşdirilib.

 

"Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmalarını dərhal bildirsinlər", - Azərbaycanın XİN başçısı müsahibəsində deyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı