Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Modern.az xəbər verir ki, humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar ve dərmanlardan ibarətdir.
380 tonluq yardım Ukraynanın paytaxtı Kiyev şəhərinə çatdırılacaq. Təyyarə saat 09.00-da havaya qalxıb.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edib.