Dünən, martın 11-də Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub və dörd helikopter də daxil olmaqla daha beş hava hədəfini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı öz Facebook səhifəsində məlumat yayıb.
Həmçinin qeyd edilir ki, bir Forpost pilotsuz uçuş aparatı da vurulub.
“Bundan əlavə, Su-24m bombardmançıları, Su-25 hücum təyyarələri, ordu aviasiyasının Mi-24 helikopterlərindən ibarət taktiki qrup düşmən texnikasının kolonnalarına 10-dək reyd keçirib, bu zaman zirehli texnikalaravə hərbi heyətə güclü raket və bomba zərbələri endiriblər”, - məlumatda deyilir.