Modern.az

Ermənistan Azərbaycanla bağlı Minsk Qrupundan xahiş edəcək  

Ermənistan Azərbaycanla bağlı Minsk Qrupundan xahiş edəcək  

Aktual

12 Mart 2022, 09:18

Yaxın vaxtlarda Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamaq xahişi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edə bilər.

Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan “Armenpress”in sualına cavabında bildirib.

 

Sual: Ermənistan dəfələrlə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib və Azərbaycan da buna bənzər bəyanatlar verib. Bu istiqamətdə konkret addımlar atılırmı?

 

Cavab: Müqavilənin imzalanmasından əvvəl, əlbəttə ki, bu mövzuda danışıqlar prosesi aparılmalıdır. Qarşılıqlı bəyanatlar hələ konkret danışıqlar prosesinə çevrilmədiyinə görə, iki ölkənin birbaşa danışıqlarda zəngin təcrübəsi olmadığından, yaxın gələcəkdə Ermənistan sülh danışıqlarının başlanması ilə bağlı yəqin ki, vasitəçilərə (ATƏT-in Minsk Qrupunun həmsədrləri) müraciət edəcək. Məsələ hazırda işlənmə mərhələsindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı