Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Rusiyaya uçuşları dayandırıb.
Modern.az-ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, buna səbəb aviaşirkətin sığorta təminatının olmamasıdır:
"Qazaq Air" sığorta təşkilatından Rusiya ərazisində və onun hava məkanında sığorta təminatının verilməməsi barədə bildiriş alıb. Bu vəziyyətlə əlaqədar olaraq aviaşirkət Rusiya ərazisində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilmir".