Modern.az

Qvatemala ukraynalı qaçqınları qəbul edib

Qvatemala ukraynalı qaçqınları qəbul edib

Aktual

12 Mart 2022, 09:24

Qvatemala ukraynalı qaçqınların ilk gəlişini qəbul edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, səkkiz ukraynalı humanitar səbəblərdən ilk olaraq Mərkəzi Amerika ölkəsinə gəlib.

 

Reuters rəsmilərə istinadən xəbər verir ki, gün ərzində daha 10 ukraynalının gələcəyi gözlənilir. Rusiyanın Ukraynaya hücumları başlayandan bəri Qvatemalaya özəl olaraq neçə nəfərin gəldiyi bəlli deyil.

 

Xatırladaq ki, Qvatemala prezidenti Alejandro Giammattei martın 6-da ukraynalıların ölkədə sığınacaq ala biləcəklərini deyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!