Modern.az

Ağdaşda narkotik alverçisi həbs edildi

Ağdaşda narkotik alverçisi həbs edildi

Aktual

12 Mart 2022, 10:08

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib.

 

Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı