Əkbər QOŞALI
Avropa Parlamenti Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul edib. Bəs deməzsənmi biz "Dağlıq Qarabağ"da erməni mədəni irsini məhv edibmişik. Bəlkə Ağdamı, Cəbrayılı, Füzulini, Zəngilanı, Kəlbəcəri... də biz viran etmiş, qəbirləri özümüz dağıtmış, ölülərin sümüklərini biz çıxartmış, özümüz özümüzə vandallıq etmişik?!.
O necə bir fenomendi ki, Qarabağa köçürülmə tarixi bəsbəlli bir qəbilə, gəlib burda 200 ilə yaxın müddət içində qədim tarix yaradıb, mədəni irs formalaşdırıb? Və özü terrora, soyqırıma, işğala məruz qalan Azərbaycan, erməni mədəni irsini məhv edib.?! Görəsən, Avroparlamentarilər özləri öz dediklərinə inanırmı?
Ukraynaya qarşı təcavüzü haqlı olaraq qınayan, Rusiyaya misilsiz sanksiyalar tətbiq edən Qərb, necə oldu da, işğalçı Ermənistana 30 il içində güldən ağır söz demədi?! İşğlaçılar, işğala məruz qalanlar da növlərəmi bölünür?
Avropa Parlamentində o abırsız qətnaməni qəbul edənlər rasistdir, riyakardır, korrupsionerdir, islamafobdur, türkafobdur. Qoy, açıqca desinlər ki, erməni vandallıqetmə hüququna malikdir, ermənilər məscidləri donuzxanaya çevrimə ərköyünlüyü edə bilər... Desinlər ki, onlar dağıtsın, siz müdafiə belə olunmayın və sonra da onların etdiyi cinayətləri sizin adınıza yazaq.
Olmaz olsun belə "mədəni Avropa"nı, belə "demokratik cəmiyyəti", belə "hüquq norması"nı.
Dünya ədalətə möhtacdır!
Dünya Avropadan böyükdür!
Haqq nazilər, üzülməz!
Belə ədalətsiz qətnamələr xalq-dövlət birliyimizi daha da gücləndirməli, dünya azərbaycanlılarını, Türk Dövlətləri Birliyini bir an öncə səfərbər etməlidir!
Haqqımızı daha gur səslə, Avropanın başa düşdüyü dil və üsluba uyğun müdafiə etməli, Ermənistanın müharibə cinayətlərini beynəlxalq platformalara, məhkəmələrə daşımalıyıq. Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatın davası mümkün olduğunca daha tez, daha keyfiyyətli şəkildə beynəlxalq məhkəmələrdə görüşülməlidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!