Modern.az

Ukrayna səfirindən İlham Əliyevə TƏŞƏKKÜR

Ukrayna səfirindən İlham Əliyevə TƏŞƏKKÜR

Aktual

12 Mart 2022, 10:39

Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə bir böhranlı zamanda, Ukrayna üçün çətin bir zamanda mühüm humanitar yardım göstərdiyinə görə səmimi qəlbdən təşəkkür edirəm.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

 

Bunun Azərbaycanın Ukraynaya ilk humanitar yardımı olmadığını qeyd edən səfir çatdırılan yükün hazırda atəş altında olan yüzlərlə dinc sakinin həyatını xilas edəcəyini vurğulayıb.

 

“Azərbaycandan Ukraynaya məhz hazırda ehtiyac duyulan şeylər - dərman, tibbi avadanlıqlar, qida göndərilir. Azərbaycan və Ukrayna uzun illər nümayiş etdirib ki, biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq”, - deyə səfir bildirib.

 

Səfir eyni zamanda qeyd edib ki, hazırda Ukraynada humanitar vəziyyət faciəvi xarakter alıb: “Rusiya tərəfi humanitar dəhlizlər söz verəndə biz təyin olunan vaxtda, təyin olunan yerdə dinc əhalinin atəşə tutulmasını görürük”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı