Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə türkiyəli nazir "Twitter" hesabında məlumat paylaşıb.
Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Aİ-nin Ali Nümayəndəsi Borrell və Çavuşoğlu görüş zamanı Ukraynadakı böhranı və Kipr məsələsini müzakirə edib.