Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlər olub.
Modern.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələrindəki çıxışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib:
“Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib. Biz daha sadələşdirilmiş baza sənədi imzalamaq üçün təklifler irəli sürdük. Biz ümid edirik ki, Ermənistan üçün qəbul etmək daha asan olacaq".