Modern.az

Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentini qəbul edib

Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentini qəbul edib

Aktual

12 Mart 2022, 12:27

Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Qydyrálini qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşdə dövlət başçısına Beynəlxalq Türk Akademiyasının fəaliyyəti və gələcək planlar, o cümlədən Ahmet Baytursunlının 150, Muxtar Auezovun 125 illik yubileyləri münasibətilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib.

 

Beynəlxalq Türk Akademiyasının nəşr etdirdiyi “Türk Dünyası Atlası” və tanınmış alim Orazak İsmaqulovun beş min illik türk tarixini antropoloji sübutlarla dəstəkləyən kitabları dövlət başçısına təqdim olunub.

 

Prezident Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini və fəaliyyətini  yüksək qiymətləndirib, müvafiq təlimatlar verib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı