Modern.az

Ukrayna Rusiyanın bu günə olan itkilərini AÇIQLADI

Ukrayna Rusiyanın bu günə olan itkilərini AÇIQLADI

Aktual

12 Mart 2022, 12:32

Rusiyanın Ukraynada apardığı müharibənin 17-ci günü davam edir.

Modern.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 17-ci günün səhərinə Rusiya tərəfinin itkilərini açıqlayıb.

 

Baş Qərargahın məlumatına görə, fevralın 24-dən martın 12-dək düşmənin ümumi döyüş itkiləri təxminən belədir:
 

• şəxsi heyət - 12 min nəfərdən çox;

• tank - 362 ədəd;

• zirehli döyüş maşını - 1205 ədəd;

• artilleriya sistemləri - 135 ədəd;

• reaktiv atəş sistemi - 62 ədəd;

• hava hücumundan müdafiə sistemi - 33 ədəd;

• təyyarə - 58 ədəd;

• helikopter - 83 ədəd;

• avtomobil - 585 ədəd;

• gəmilər/qayıqlar - 3 ədəd;

• yanacaqdaşıyan çənlər – 60 ədəd;

• Pilotsuz uçuş aparatı (PUA) – 7 ədəd.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı