İtaliya hökuməti rusiyalı oliqarx Andrey Melniçenkoya məxsus 578 milyon dollar dəyərində lüks yaxtanı həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb.
Melniçenkoya qarşı bu addım Avropa İttifaqı ərazisində Rusiya oliqarxlarına qarşı genişləndirilmiş sanksilar çərçivəsində atılıb.
Andrey Melniçenko ən böyük gübrə istehsalçısı olan EuroChem Group-un sahibidir. Qeyd olunur ki, o və daha 36 iş adamı Ukraynaya müdaxilədən sonra Aİ və ABŞ sanksiyalarının potensial iqtisadi nəticələrini müzakirə etməyə başlayandan sonra Rusiya prezidenti ilə görüşüb.
"Onun bu görüşə dəvət olunması Vladimir Putinə yaxınlığından xəbər verir", - polisin açıqlamasında deyilir.
