Modern.az

“Azərbaycan da bunu dəstəkləyir” - Çavuşoğlu

“Azərbaycan da bunu dəstəkləyir” - Çavuşoğlu

Aktual

12 Mart 2022, 13:21

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü müsbət qiymətləndirib.

Modern.az xəbər verir ki, XİN başçısı bu barədə mediaya açıqlamasında bildirib.

Çavuşoğlu Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında təmasların davam etdiriləcəyini vurğulayıb. O, həmçinin deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımları dəstəkləyir.

“Biz Cənubi Qafqazda sülh üçün çalışırıq. Bu səylərimizə dəstək görürük. Azərbaycan da bundan məmnundur. Sülh hamı üçün faydalıdır”, – deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənistanlı həmkarı Ararat Mirzoyanla görüş keçirib. XİN başçıları Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparıblar. Görüşdə iki ölkə arasında əlaqələrin normallaşması və regional məsələlər müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı