“Heç bir Qərb ölkəsinin bacara bilmədiyini Türkiyə bacarıb".
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirib.
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşünü yüksək qiymətləndirən səfir deyib ki, ölkəsinin təslim olmasından söhbət gedə bilməz.
O, görüşdə humanitar dəhlizlərin yaradılması mövzusunda israr etdiklərini, amma Rusiya tərəfindən məsələyə rəsmi cavab verilmədiyini diqqətə çatdırıb:
"Ukrayna və Türkiyə tərəfi qan tökülməsinin dayandırılması, humanitar dəhlizin yaradılması məsələsində həmfikirdir”.