Modern.az

Türkiyədə 407 reys təxirə salındı

Türkiyədə 407 reys təxirə salındı

Aktual

12 Mart 2022, 14:26

Türkiyənin Mərmərə bölgəsinə yağan güclü qar səbəbdən “Türk Hava Yolları” aviaşirkəti martın 12-nə İstanbula nəzərdə tutulan 407 reysi təxirə salıb.

 

Modern.az xəbər verir ki, ləğv edilən səfərlərin 357-si “İstanbul”, 50-i isə “Sabiha Gökçən” hava limanlarına nəzərdə tutulmuşdu. Bu səfərlərdən 32-i daxili reyslərdir.

 

Xatırladaq ki, hava şəraitinin kəskin pisləşməsi səbəbindən “Türk Hava Yolları” martın 10-dan başlayaraq İstanbula nəzərdə tutulan səfərlərin böyük əksəriyyətini ləğv edib.

 

Qeyd edək ki, hidrometeoroloqlar axşam saatlarından etibarən İstanbulda qarın təsirinin daha da artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı