Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmək istəmir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
O deyib ki, Türkiyə Rusiyaya qarşı sanksiyaların tərəfi olmaq istəmir, Ankara diplomatiyanın tərəfindədir.
"Prezidentimiz (Tayyib Ərdoğan - red.) də dedi. Biz Rusiyaya qarşı sanksiyaların tərəfi olmaq istəmirik. Bizim yaxşı ticarət əlaqələrimiz var. Biz məsələnin diplomatiya yolu ilə həllinin tərəfində olduğumuzu bildirdik ”, - F.Dönməz CNN Türk-ə deyib.
Nazir onu da bildirib ki, Ankara Rusiyaya qarşı sanksiyaların Rusiya qazının ölkəyə tədarükünə təsir etməyəcəyini gözləyir.
"Bunun bizə təsir etməyəcəyini gözləyirik. Belə bir söhbət olmayıb. Bizim də tez-tez dialoqlarımız olur. Türkiyənin təbii qazla bağlı problemi yoxdur", - nazir deyib.